“Formula-1” yarışı qeyri-neft sektoruna daha çox sərmayənin cəlb olunması baxımından olduqca önəmlidir. Neftdən kənar sektorlara investisiyanın cəlb edilməsi əhəmiyyətlidir”.
Bu sözləri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, beynəlxalq tədbirlərin keçirilməsi ölkə iqtisadiyyatına töhfə verir:
“Xüsusilə paytaxtda keçirilən iqtisadi tədbirlərin sayının artması turizm sektorunda canlanmaya səbəb olur. "Formula-1" kimi böyük izləyici kütləsinə malik yarışın paytaxtımızda keçirilməsi Azərbaycanın idmana verdiyi diqqətin və bu missiyanın ölkəmizdə hər zaman özünü doğrultduğunun təsdiqidir”.
Sevinc