"Tottenhem" - "Qarabağ" matçından gözləntilər nələrdir? - PROQNOZ

İDMAN
13:42 / 26.09.2024
571

Bu gün "Qarabağ" UEFA Avropa Liqasının liqa mərhələsində ilk matçına çıxacaq. 

Komandamız ilk oyununda səfərdə İngiltərənin "Tottenhem" klubu ilə qarşılaşacaq. Maraqla gözlənilən matç saat 23:00-da başlayacaq. 

Bəs "Tottenhem" - "Qarabağ" matçından gözləntilər nələrdir? 

Futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, bizi yaxşı və maraqlı oyun gözləyir:

358869

"Təbii ki, "Qarabağ" kiminlə qarşılacağını yaxşı bilir. Futbolçular İngiltərə Premyer Liqasının köklü komandasına qarşı oyuna çıxacaqlar. Ona görə də komandamız var gücü ilə mübarizə aparmalıdır".

Ekspert qeyd edib ki, "Tottenhem" qəribə bir oyun stilində oynayır:

"İngilis təmsilçisi yüksək pressinq edən bir komandadır. Hətta bəzən öz tərəflərini də tərk edərək rəqib yarımmeydançada pressinq tətbiq edirlər. Bunun isə təmsilçimiz üçün həm müsbət, həm də mənfi tərəfləri var. Əgər "Qarabağ"ı arxadan oyun qurarkən yaxalaya bilsələr həmin pressinq sayəsində qapımızda təhlükəli epizodlar yarada bilərlər".

Aslan Kərimovun fikrincə, "Qarabağ" rəqibin çox önə çıxmasından istifadə edərək müdafiənin arxasında yaranan boşluqlardan yararlana bilər:
"Üstəlik, "Tottenhem" oyunlarında həddindən artıq çox sayda belə boşluğa yol verir. "Qarabağ" da hücumçularının sürəti sayəsində həmin boşluqlardan yararlanmalıdır. 

Düşünürəm ki, komandamız həftəboyu məşqləri zamanı əks-hücum üzərində çalışıb. Müdafiə xəttində diqqətli oynasaq qol vurma imkanlarımız mütləq olacaq. Bundan başqa, rəqib komandada bəzi ulduz futbolçuların meydana çıxa bilməyəcəyi də bizim üçün üstünlükdür". 

Mütəxəssisin oyunla bağlı proqnoz da verib:

"Nə qədər çətin də olsa bu matçdan ən azı 1 xal qazana bilərik".

Pərviz

0