İsmail Kartal Azərbaycan klubundan 1,5 milyon avroluq təklif alıb

İDMAN
15:45 / 28.09.2024
506

"Fənərbağça"nın prezidenti Ali Koçun başqa komanda ilə anlaşmasını istəmədiyi sabiq baş məşqçisi İsmail Kartal karyerasını Azərbaycanda davam etdirə bilərmiş.

Bu barədə məlumatı jurnalist Ahmet Ercanlar "YouTube" kanalında verib.

O, İsmail Kartalın Azərbaycan və İran klublarından 1,5 milyon avroluq maaş təklif aldığını bildirib:

"Mənə dedi ki, çempionluğa oynayan komanda istəyir. Azərbaycanda "Qarabağ"ın dəstəkləndiyini, orada xüsusi vəziyyətin olduğunu söylədi", deyə A.Ercanlar bildirib.

Qeyd edək ki, "Fənərbağça" klubunun prezidenti Ali Koç İsmail Kartala qış transferi pəncərəsinədək başqa komanda ilə razılaşmamasını tapşırıb.

Xatırladaq ki, "Fənərbağça"nı bu il iyunun 3-dən portuqaliyalı baş məşqçi Joze Mourinyo çalışdırır.//oxu.az

0