Çempionlar Liqasınınfinalı Bakıda keçirilə bilər

İDMAN
15:09 / 23.10.2024
305

Bakı və Madrid 2026/27 mövsümünün Çempionlar Liqasının finalını keçirməkdə maraqlıdırlar.

Qaynarinfo bu barədə UEFA-ya istinadən xəbər verir.

Quruma UEFA Çempionlar Liqasının həlledici oyununun keçirilməsi üçün Azərbaycan və İspaniya futbol federasiyalarından müraciət daxil olub. 

Azərbaycan finalı Bakıdakı Olimpiya Stadionunda, İspaniya isə Madriddəki "Metropolitano"da təşkil etməyi planlaşdırır.

Polşa (Varşava, Milli Stadion), İspaniya (Barselona, ​​Kamp Nou), İsveçrə (Bazel, Sent Yakob Parkı) və Uels (Kardiff, Millenium) isə 2027-ci ildə qadınlar arasında Çempionlar Liqasının finalına ev sahibliyi etməkdə maraqlıdır.

Rəsmi müraciətlər 19 mart 2025-ci il tarixinə qədər təqdim edilməlidir. Bundan sonra UEFA İcraiyyə Komitəsi may ayında keçiriləcək final oyunlarının keçiriləcəyi yerləri müəyyən edəcək.
 

0