Rus milyarder Avropada futbol klubu alır

İDMAN
18:47 / 25.10.2024
39

Rusiyalı milyarder Denis Ştenqelov Xorvatiyanın Böyük Liqa klubu "Qoritsa"nı alır. 

HİT.az xəbər verir ki, bu barədə “Sportske Novosti” məlumat yayıb.

Mənbə iddia edir ki, Ştenqelov 2025-ci ilin birinci yarısında klubun tam hüquqlu sahibi olmağı planlaşdırır. İlk pulun bu ayın sonuna qədər Qoritsaya çatacağı da bildirilir.

52 yaşlı Ştenqelov Rusiyanın yüz ən zəngin adamından biridir. Onun sərvəti 1,3 milyard dollar dəyərində qiymətləndirilir.

Xorvatiya çempionatının cari mövsümündə "Qoritsa" 10 görüşdə səkkiz xal toplayaraq sondan əvvəlki, doqquzuncu yerdədir.

2024-cü ilin martında rusiyalı iş adamı və "Çelsi" futbol klubunun keçmiş sahibi Roman Abramoviçin İspaniyada bir futbol klubu almaq niyyətində olduğu bildirildi.

Samir

0