"Qarabağ"ın uğursuzluğuna səbəb nədir? - "Əslində..."

İDMAN
13:00 / 04.11.2024
387

"Qarabağ" son zamanlarda uğursuz çıxışı ilə diqqət mərkəzindədir. 

Əvvəllər Avropada tarix yazan təmsilçimiz artıq ardıcıl məğlubiyyətlərlə üzləşir. Bu isə azarkeşləri dərindən məyus edir. 

Bəs "Qarabağ"ın uğursuz çıxışına səbəb nədir? 

Tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında bildirib ki, əslində “Qarabağ” uğursuz çıxış edir” ifadəsini yalnız avrokuboklara aid edə bilərik:

361482

"Çünki “Qarabağ” Azərbaycan çempionatında yenə də qarşısıalınmazıdır və belə görünür ki, bu mövsüm də rəqabətsiz çempion olacaq. Amma Avropa Liqasında işlər qaydasında deyil. İlk 3 oyunda xal qazanılmaması komandada özünəinam hissinə böyük təsir edib. 

İndi “Qarabağ”ın futbolçuları, sanki avrokubok oyununa qorxa-qorxa çıxırlar. Düzdür, Avropa Liqası Azərbaycan çempionatı deyil, səviyyə tam fərqlidir. Amma “Qarabağ” artıq 11 ildir bu səviyyəli turnirlərdə çıxış edir. Deməli, komandanın təcrübəsi kifayət qədərdir".

Ekspert qeyd edib ki, “köhlən atlar”ın bir qələbəyə ehtiyacı var:

"Bu qələbə qazanılsa, özünəinam hissi qayıdacaq. Onu da nəzərə alaq ki, cari avrokubok mövsümündə bütün futbolçular tam heyətlə Qurban Qurbanovun sərəncamında olmayıb. Bir çox futbolçular uzun müddət zədəli oldular. Bəziləri də qırımızı vərəqə alaraq cəzalı duruma düşdülər. Bu da komandanın oyun keyfiyyətinə təsir etdi. 

Bütün bunlar bir yana, “Qarabağ”da nəsil dəyişikliyinin başlamasının da vacib olduğunu deməliyik. Bəzi futbolçuların yaşı çoxdur və onlar Azərbaycan çempionatında rahat oynasalar da, avrokuboklarda artıq çatdırmırlar".

Natiq Muxtarlı onu da əlavə edib ki, “Qarabağ”ın orta yaş həddi aşağı salınmalıdır:

"Ancaq bu avrokubok mövsümünün də itirildiyini düşünmürəm. Əgər “Qarabağ” növbəti oyunda qalib gələ bilsə, komandada özünəinam hissi bərpa olunacaq və xallar qazanılacaq. Bundan sonra qrupdan çıxmaq haqda da düşünmək olar".

Pərviz

0