Bu gün uşaqlar müxtəlif növ idman növləri ilə məşğul olur.
Araşdırmalar zamanı müəyyən edilib ki, məktəbəqədər uşaqlar daha çox gimnastikaya üstünlük verir.
İdman məşqçisi Elnur Əliyev Hit.az-a deyib ki, uşaqlar üçün gimnastikanın faydaları bir sıra səbəblərə görə danılmazdır:
"Gimnastika uşaqlara fiziki aktiv olmaq imkanı verir və bu erkən yaşlarda çox vacibdir.
Fiziki cəhətdən aktiv uşaqlar düzgün duruş və inkişaf etmiş əzələlər əldə edirlər və sistemli məşqlər ümumi sağlamlığa müsbət təsir göstərir. Qız uşaqları yüngül atletika, gimnastikaya qoymağı məsləhətdir. Tək qızlar deyil , oğlanlar da bu idman növü ilə məşğul olmalıdır. Gimnastika uşaqların öz bədənlərini daha yaxşı tanımasına və nəzarət etməsinə kömək edir'.
Sevinc