Azərbaycan idmançıları dünya çempionatında 4 medal qazandı - VİDEO

İDMAN
16:37 / 20.12.2024
117

Azərbaycan Kempo Federasiyasının yığma komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında iştirak edib.

HİT.Az xəbər verir ki, idmançılarımız yarışda 4 medal qazanıb.

Dünya çempionatında 20-dən artıq ölkənin 2000-dən çox idmançısı iştirak edib. Azərbaycan komandasında ən yüksək nəticəni Fərəh Novruzzadə göstərib. O, yeniyetmələr arasında 48 kq çəki dərəcəsində gümüş medal qazanıb.

Kollektivin digər üzvlərindən Məhəmməd Allahverdiyev kata-formal hərəkətlər kompleksində, Nihat Əhmədli isə full-kempo təlimində üçüncü yeri tutub.

Yarışda müxtəlif ölkələrin kempo federasiyalarının rəhbərləri də öz hazırlıq səviyyələrini nümayiş etdirib. Azərbaycan Kempo Federasiyasının prezidenti Tarıverdi Allahverdiyev turnirin bürünc mükafatına layiq görülüb. 2025-ci ilin mötəbər turnirlərində yığma komandamızın ən yaxşılar sırasında olacağına inam yaradır.

                        

                            

364563

0