Rəşad Sadıqov: “Kocaelispor”un tarixində ən yaxşı 11-liyə düşmək qürurvericidir
Təbii ki, bu, mənim üçün qürurvericidir.
Bunu "Report"a açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "TRT Spor"un versiyasına əsasən “Kocaelispor”da çıxış etmiş legioner futbolçuların bütün dövrlər üzrə ən yaxşı "11-liy"inə seçilməsi ilə bağlı danışarkən deyib.
42 yaşlı mütəxəssis Kocaeli təmsilçisində cəmi 6 ay çıxış etdiyini xatırladıb:
"Lap əsas heyət olmasın, "20-lik" olsun. Səni indi də xatırlayırlarsa, xoşdur".
Qeyd edək ki, Rəşad Sadıqov 2009-cu ilin yanvarından iyuluna qədər “Kocaelispor”un formasını geyinib.