Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo bildirib ki, onun populyarlığı ilə öyünməyə ehtiyac yoxdur, statistika onun sözünü deyir.
HİT.az xəbər verir ki, bu barədə "La Sexta" məlumat yayıb.
"Ən məşhur, ən populyar olmağım mənim günahım deyil. Bir bara gedin və avtomobillərin tanınmadan keçməsinə baxın? Mümkün olmayan bir şey haqqında niyə düşünməliyəm? Mən fərqliyəm. Rəqəmlər yalan deyil - futbolda və ondan kənarda hər şey görünür", deyə Ronaldo bildirib.
Fevralın 5-də Ronaldonun 40 yaşı tamam olur. Fevralın 3-də "Əl-Nəsr" Asiya Çempionlar Liqasının VII turunun ev oyununda BƏƏ-nin "Əl Vasl" klubuna 4:0 hesabı ilə qalib gəlib və Ronaldo iki dəfə fərqlənib. İndi onun aktivində 23 qol var.
Ronaldo karyerasının böyük hissəsini - 2009-2018-ci illərdə "Real Madrid"də keçirib. O, həmçinin "Sportinq", "Yuventus" və "Mançester Yunayted"də də oynayıb. Portuqaliyalı ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından "Əl-Nəsr"lə müqavilə imzalayıb. Ölkədə qadın və kişinin nikahdankənar bir dam altında yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya güzəşt edilib və övladlarının anası ilə birgə yaşamağa icazə verilib.
Samir