Teymur Rəcəbova nə olub? - Yarışdan çəkildi

İDMAN
14:45 / 13.02.2025
80

Azərbaycan şahmatçısı Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirməyəcək.

Azərbaycan Şahmat Federasiyasından HİT.az-a verilən məlumata görə, bununla bağlı ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.

Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib və bunun üzürlü hesab edilməsini bildirib.

0