Qarışıq döyüş növləri (MMA) üzrə Azərbaycanı təmsil edən Nazim Sadıqov UFC turnirində növbəti qələbəsini qazanıb.
Hit.az xəbər verir ki, "UFC Fight Night 251" turniri fevralın 16-na keçən gecə ABŞ-nin Las-Veqas şəhərində keçirilib.
Yüngül çəkidə çıxış edən N.Sadıqov Braziliyadan olan İsmael Bonfim ilə qarşılaşıb.
Döyüşün birinci raundu nisbətən bərabər mübarizə şəraitində keçsə də, həlledici məqam fasiləyə az qalmış azərbaycanlı döyüşçünün Bonfimin sağ göz nahiyəsinə ayaqla zərbə endirməsi olub. Braziliyalı ilk raundun sonuna qədər tab gətirə bilib.
Birinci və ikinci raund arasında fasilə zamanı həkimlər Nazimin rəqibinin sağ gözü ilə görə bilmədiyini müəyyən etdikdən sonra döyüşü dayandırıblar.
Beləliklə, Nazim Sadıqov UFC-də 10-cu qələbəsini qazanıb.