Polşa klubu Azərbaycan millisinin futbolçusunun transferini rəsmən açıqladı

İDMAN
15:54 / 24.02.2025
58

Polşanın "Radomyak" komandası "Ankaragücü"ndən ayrılan Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb.

HİT.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yaylb.

25 yaşlı forvardla müddəti sonradan uzatmaq şərti ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Komandanın mətbuat xidmətinə açıqlama verən 25 yaşlı hücumçu azarkeşlərə müraciət edib: "Burada olduğum üçün çox xoşbəxtəm. Cümə günü hər kəsi görmək istəyirəm".

"Radomyak" fevralın 28-də Polşa çempionatının XXIII turunda "Vidzev"i qəbul edəcək.

Qeyd edək ki, "Radomyak"da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir.

0