“Qarabağ”ın hansı mövqelərə transfer edəcəyi bilindi

İDMAN
17:55 / 02.03.2025
96

«Qarabağ»ın yay transfer dönəmində hansı mövqelərə «əl gəzdirəcəyi» dəqiqləşib.

Bu barədə Ağdam klubundan redaksiyamıza məlumat daxil olub.

Bildirilib ki, Qurban Qurbanov minimum 4 zonaya yeni legionerlərinə alınmasını istəyib.

Baş məşqçi hücum, mərkəz yarımmüdafiəçisi və iki mərkəz müdafiəçisinin xidmətinə ehtiyac duyur. Əgər uyğun variant ortalığa çıxarsa, cinah müdafiəçisinin transferindən də imtina olunmayacaq.

Klub rəhbərliyi bu məqsədlə Qurban Qurbanovla görüşüb. Tərəflər arasında transfer çalışmalarına dair geniş müzakirə aparılıb.

Baş məşqçi qarşıdakı 1-2 ayda bu işləri bitirmək istədiyini söyləyib. Onun fikrincə, düşərgədə ciddi islahatlar aparmağın vaxtı artıq çatıb.

Qurbanova görə, hazırkı heyətlə avrokuboklara daha iddialı qayıtmaq çətin məsələdir. Çalışdırıcı bunu bəzi futbolçuların «tükənməsi», psixoloji cəhətdən «doyması» ilə əlaqələndirib.

Təcrübəli mütəxəssis ən azı 4 yeni legionerin xidmətinə ehtiyac duyduğunu qeyd edib.//sportinfo.az

0