Ukrayna prezidenti Volodomir Zelenskinin ABŞ prezidenti Donald Trampa hədiyyə etdiyi boksçu Aleksandr Usikin çempionluq kəməri orijinal deyilmiş.
Hit.az xəbər verir ki, Aleksand Usik özü mediaya verdiyi açıqlamada bildirib ki, bütün çempionluq kəmərləri, o cümlədən WBC versiyası üzrə çempionluq kəməri hazırda onun evindədir.
O zaman ortaya sual çıxır: Bəs Trampa hədiyyə edilən çempionluq kəməri nədir?
Usik bu suala “Mən bilirəm bu kəmər nədir, amma sadəcə heç kimə heç nə deyə bilmirəm və demək də istəmirəm," - deyə Usik, qızı Yelizavetanın doğum günü ilə bağlı düzənlənən tədbirdə bildirib.
Bundan əlavə, məlum olur ki, Usikin Zelenskiyə 2024-cü ilin Müstəqillik Günü üçün hədiyyə etdiyi kəmər, Trampla görüşə aparılan kəmərdən fərqlənir. Trampa hədiyyə edilən kəmərin üzərində Usikin adı və soyadı həkk edilib. Orijinal kəmərdə isə yalnız “Dünya çempionu” yazısı var.
Abbas