Azərbaycan millisinin sabiq futbolçusu Moskvada həbs edildi

İDMAN
15:05 / 05.03.2025
87

Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev Moskvada həbs edilib.

HİT.az APA-ya istinadən xəbər verir ki, Abatsiyev xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Məlum olub ki, özünü “Mosenergosbyt” və FSB əməkdaşları kimi təqdim edən fırıldaqçılar təqaüdçünün 14 milyon rubl pulunu dələduzluq yolu ilə ələ keçirib. Həmin zaman Abatsiyevin pulu götürən kuryer olduğu ehtimal olunur.

Təqsiri sübuta yetiriləcəyi təqdirdə keçmiş futbolçunu 10 ilə qədər həbs cəzası gözləyir

Qeyd edək ki, Abatsiyev futbolçu karyerası ərzində Azərbaycanın "Sumqayıt", "İnter" (Bakı), Rusiyanın "Alaniya (Vladikavkaz), "Torpedo" (Armavir), "Spartak" (Vladikavkaz), SKA (Rostov-on-Don), "Maşuk-KMV" (Pyatiqorsk) və "Olimp Ximki" klublarında çıxış edib. Yarımmüdafiəçi Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb, 2014-cü ildə əsas milliyə dəvət alıb.

0