Azərbaycan millisi 2025-ci ildəki ilk oyununda Haiti ilə qarşılaşacaq

İDMAN
10:40 / 22.03.2025
283

Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.

 

HİT.az xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir.

 

Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

 

Matç saat 21:45-də start götürəcək.

 

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək.

 

22 mart

 

21:45 Azərbaycan – Haiti

 

Baş hakim: Kadir Sağlam

 

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta

 

Dördüncü hakim: Fərid Hacıyev

 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

0