Azərbaycan millisi bu gün yoldaşlıq görüşündə Belarusla üz-üzə gələcək

İDMAN
10:10 / 25.03.2025
79

Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusla üz-üzə gələcək.

HİT.AZ  xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq görüşün start fiti saat 21:45-də səsləndiriləcək.

 

Qarşılaşmanın baş hakimi gürcüstanlı Aleko Aptsiauri olacaq. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

 

Yoldaşlıq matçı

 

25 mart

 

21:45. Azərbaycan - Belarus

 

Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan).

 

Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan).

 

"Bank Respublika Arena”

 

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haiti ilə keçirdiyi yoldaşlıq matçında məğlub olub - 0:3.

0