Prezident Təşkilat Komitəsində dəyişiklik etdi

İDMAN
17:16 / 16.04.2025
159

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsində dəyişiklik edilib.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əasən, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilib:

“Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini”.

2. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini”.

3. “Oğuz Rayon İcra Hakimiyyətinin başçısı”, “Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini”, “Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini”, “İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini”, “Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini”, “Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini”, “Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini” və “Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini” abzasları ləğv edilsin.

0