Azərbaycangimnastı karyerasını başa vurdu

İDMAN
15:55 / 26.04.2025
65

Azərbaycan gimnastı Arzu Cəlilova karyerasını başa vurub.

HİT.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat yayıb.

Bədii gimnastika üzrə Avropa çempionatının bürünc, gənclər arasında dünya birinciliyinin gümüş və bürünc medalçısı Milli Gimnastika Arenasında idmançı kimi sonuncu dəfə çıxış edib.

AGF-nin baş katibi Fatimə Şəfizadə sabiq milli üzvünü ölkəmizdə gimnastikasının inkişafına verdiyi töhfələrə görə təltif edib.

0