Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyada komandasını dəyişə bilər.
HİT.az xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.
Bildirilib ki, II Bundesliqa təmsilçisi "Nürnberq"də çıxış edən 27 yaşlı forvard əsas Bundesliqada oynaya bilər. Elitanın iki iştirakçısı onun keçidində maraqlıdır. Emrelinin yayda "Nürnberq"dən ayrılmaq ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, mövsümün əvvəlində "Nürnberq"ə keçən Mahir Emreli II Bundesliqada 7, Almaniya Kubokunbda 1 qola imza atıb.