İspaniyada çempionluq yarışı: "Barselona", yoxsa "Real"?

İDMAN
13:44 / 30.04.2025
58

"İspaniyada "Barselona" - "Real Madrid" rəqabəti komandaların turnir cədvəlində hansı mövqedə olmasından asılı olmayaraq sona qədər davam edir".

Bu sözləri Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, cari mövsümdə də buna növbəti dəfə şahidlik edirik:

"İspaniya La Liqasında çempionluq uğrunda mübarizə bu mövsümdə də çox gərgin keçir. Qarşıda 5 tur var. Üstəlik, sözügedən komandaların arasında da bir matç olacaq. Bu da əlbəttə ki, çox vacib matçdır".

372443

Ekspert qeyd edib ki, oyunun "Barselona"nın meydançasında olması onların üstünlüyü sayılır:

"Bu matçın nəticəsi çempionu müəyyən edəcək. Qarşıdakı digər rəqibləri isə təxminən eyni gücdə saya bilərik. Həm "Barselona"nın, həm də "Real Madrid"in növbəti 4 matçda qələbə qazanacağını düşünürəm". 

Kənan Məstəliyev vurğulayıb ki, aradakı 4 xallıq fərq "Barselona"nı bir addım önə çıxarır:

"Hətta "el-klassiko"da məğlub olsalar belə, çempionluq yolunda öndə olacaqlar. Yəni digər matçları nəzərə alsaq, "Barselona"nın bir addım öndə olduğunu görərik".

O diqqətə çatdırıb ki, "Real Madrid" hazırda yaxşı vəziyyətdə deyil və bir çox mövqedə ciddi problemləri var:

"Lakin "Barselona" isə çox güclü bir komanda qurmağa nail olub. Hətta katalonlar dünyada bütün komandalara qalib gələcək gücdədirlər. Onlar, sadəcə Çempionlar Liqası qrafikasına görə bir qədər çətinlik çəkə bilərlər. Amma buna baxmayaraq, "Barselona" İspaniya La Liqasında çempionluq yolunda bir addım öndə görünür. Yəni, "Barselona"nın çempion olma ehtimalları daha yüksəkdir". 

Pərviz

0