Superkompüter Çempionlar Liqasının favoritini açıqladı

İDMAN
21:42 / 30.04.2025
44

Superkompüter "Opta" İngiltərənin "Arsenal" və Fransanın PSJ komandaları arasında yarımfinalın ilk oyunundan sonra UEFA Çempionlar Liqası ilə bağlı proqnozlarını yeniləyib.

HİT.az xəbər verir ki, aprelin 29-da İngiltərədə keçirilən görüş parislilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Opta" superkompüterinin proqnozuna görə, PSJ-nin Avropanın ən nüfuzlu futbol turnirində qalib gəlmək şansı 38,2% təşkil edir. "Barselona" ikinci (28,7%), "İnter" üçüncü (18,1%), "Arsenal" isə dördüncü (15%) olub.

PSJ - "Arsenal" cavab oyunu mayın 7-də Parisin "Park des Princes" stadionunda keçiriləcək. Aprelin 30-da ikinci yarımfinal oyunu "Barselona" ilə "İnter" arasında baş tutacaq, Kataloniyadakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Final mayın 31-də Münhendə baş tutacaq.

Samir

0