Millimizin Latviya və Macarıstanla oyunlar üçün heyəti müəyyənləşdi

İDMAN
16:17 / 23.05.2025
57

Azərbaycan millisinin Latviya və Macarıstanla keçiriləcək yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.

HİT.az xəbər verir ki, baş məşqçisi Fernandu Santuş keçirdiyi mətbuat konfransında milliyə çağırdığı futbolçuların adlarını özü açıqlayıb. 

Portuqaliyalı mütəxəssis 25 futbolçuya dəvət göndərib.

Qapıçılar: Rza Cəfərov ("Neftçi"), Şahrudin Məhəmmədəliyev ("Qarabağ"), Aydın Bayramov ("Zirə")

Müdafiəçilər: Abbas Hüseynov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev (hamısı "Qarabağ"), Mert Çelik ("Səbail"), Zamiq Əliyev ("Eqnatiya", Albaniya), Rəhman Daşdəmirov ("Sabah"), Elvin Bədəlov ("Sumqayıt"), Cəlal Hüseynov ("Şamaxı")

Yarımmüdafiəçilər: Səbuhi Abdullazadə ("Sumqayıt"), Ceyhun Nuriyev, İsmayıl İbrahimli ("Zirə"), Rauf Rüstəmli ("Şamaxı"), Şahin Şahniyarov ("Qəbələ"), Emin Mahmudov ("Neftçi"), Anatoli Nuriyev ("Sabah"), Toral Bayramov ("Qarabağ")

Hücumçular: Mahir Emreli ("Nürnberq", Almaniya), Nəriman Axundzadə, Musa Qurbanlı ("Qarabağ"), Xəyal Əliyev ("Sabah"), Renat Dadaşov ("Radomiak", Polşa)

Qeyd edək ki, millimiz iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya və iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə qarşılaşacaq.

0