Azərbaycan millisi Sloveniyaya məğlub oldu

İDMAN
19:59 / 01.06.2025
245

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

Hit.az-ın məlumatına görə, komanda Sloveniya seçməsi ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada yığmamız 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirib. Milli daha əvvəl Macarıstana eyni hesabla uduzmuşdu.

0