Azərbaycanın iki boksçusuna və bir güləşçisinə ağır cəza

İDMAN
15:49 / 03.06.2025
90

Azərbaycan Antidopinq Agentliyi (AMADA) 3 idmançıya sanskiyalar tətbiq edib. 

HİT.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. 

Belə ki, boksçular Ömər Aslanlı 24 ay, Məsud Yusifzadə 36, güləşçi Məhəmməd Abdullazadə isə 48 aylıq diskvalifikasiya edilib. 

Ömər Aslanlı nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkar olunduğu üçün cəzalanıb. 

Məsud Yusifzadə isə nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək maddəsi ilə diskvalifikasiya edilib. 

Məhəmməd Abdullazadə nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb və o, 48 ay idmandan uzaqlaşdırılıb. 

0