"Hall Siti"nin təklifi Mahir Emrelinin fikrini dəyişməsinə səbəb olub

İDMAN
16:02 / 09.06.2025
42

İngiltərənin "Hall Siti" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə maliyyə baxımından daha sərfəli təklif irəli sürüb.

Bu barədə "Liga-Zwei" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 27 yaşlı hücumçu azad agent kimi Almaniyanın "Kayzerslautern" klubuna keçməyə yaxın idi. Lakin ingilislərin təklifi Emrelini yenidən düşünməyə vadar edib.

Azərbaycanlı forvardı komandanın yeni baş məşqçisi təyin olunacaq Sergey Yakiroviçin istədiyi vurğunalıb. Emreli daha əvvəl Xorvatiyanın "Dinamo Zaqreb" klubunda bu mütəxəssislə işləyib.

Xatırladaq ki, "Hall Siti" klubunun sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır. 

Qeyd edək ki, Mahir Emreli son olaraq Almaniyanın "Nürnberq" klubunda çıxış edib.//Oxu.az

0