"Sabah"ın Avroliqanın II təsnifat mərhələsində potensial rəqibi müəyyənləşdi

İDMAN
15:29 / 18.06.2025
56

"Sabah"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibi müəyyənləşib.

HİT.az xəbər verir ki, paytaxt təmsilçisi birinci təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu mərhələnin ilk oyunları 24 iyul, cavab görüşləri isə 31 iyul tarixində təşkil olunacaq. Təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanarsa, ilk oyununu öz meydanında keçirəcək.

Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Sele” klubu ilə qarşılaşacaq. Komanda ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

0