Azərbaycan millisinin yeni baş məşqçisi əcnəbi olacaq

İDMAN
16:00 / 20.06.2025
49

Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi əcnəbi olacaq.

"Report"un əldə etdiyi məlumata görə, Vitali Borisovla yolları ayıran Futzal Federasiyasının rəhbərliyi komandanı Yevgeni Kukseviçə tapşırmağı qətiləşdirib.

Hazırda son ölkə çempionu "Araz-Naxçıvan"ı çalışdıran rusiyalı mütəxəssis millinin baş məşqçi postuna yeganə namizəddir. Oyun təyinatı AFFA İcraiyyə Komitəsinin iclasında rəsmiləşəcək.

0