Tale Heydərov klub üçün 3 milyon manat büdcə ayırdı

İDMAN
23:58 / 20.06.2025
44

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov "Qəbələ"yə yeni büdcə ayırıb.

HİT.az sportinfo.az-a istinadən xəbər verir ki, o, birillik fasilədən sonra Premyer Liqaya dönən kluba 3 milyon manata yaxın vəsait verib.

I Liqanın çempionu kimi elitaya qayıdan "qırmızı-qaralar" göstərilən məbləği əsasən akademiyanın və bazanın saxlanılmasına sərf edəcək.

Fəxri prezidentin ayırdığı büdcənin yalnız 1 milyonu əsas komandaya çatacaq, qalanı isə qeyd olunan istiqamətlər üzrə xərclənəcək.

0