PSJ-nin keçmiş futbolçusu Jerom Roten argentinalı hücumçu Lionel Messinin Paris komandasındakı çıxışını tənqid edərək, onun komandaya bağlı olmadığını deyib.
HİT.az bu barədə "RMC Sport"a istinadən xəbər verir.
"Hətta onun performansı bərbad idi. Messinin "Parc des Princes"də keçirdiyi bütün matçları gördüm, heç birini də qaçırmadım. Amma onun yeridiyini görəndə... Təbii ki, top onun ayağında olanda işıqlar yanır və stadion işıqlanır. Çünki bu oğlan dahidir. Ancaq PSJ-dəki oyunlarında öhdəliyi yox idi, hamı bunu gördü", deyə o bildirib.
Argentinalı forvard "Barselona"dan ayrıldıqdan sonra 2021-ci ildə Paris komandasına keçib və iki mövsüm parislilərdə oynayıb, sonra Amerikanın "İnter Mayami "klubuna üz tutub. İki il ərzində Messi iki dəfə Fransa çempionu olub və ölkə Superkubokunu qazanıb.
Samir