"Sabah" Qvadelupa yığmasının futbolçusunu transfer etdi

İDMAN
15:40 / 27.06.2025
50

“Sabah” heyətini Qvadelupa yığmasının futbolçusu Stiv Solvetlə gücləndirib.

Bu barədə HİT.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

"Bayquşlar" onunla 2 illik müqavilə bağlayıb.

O, karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qvadelupa yığmasının üzvü olan Stiv Solvet millidə 13 oyunda 2 qola imza atıb.

0