Azərbaycan millisinin qapıçısının yeni klubu dəqiqləşdi

İDMAN
17:36 / 04.07.2025
59

Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynlinin yeni klubu müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, 34 yaşlı qolkiper "Araz-Naxçıvan"la anlaşıb.

Onunla 1 illik razılıq əldə olunub.

Qeyd edək ki, Rövşən Hüseynli iyunun 30-da Qazaxıstanın "Astana" komandasından ayrıldığını açıqlayıb. O, 2024-cü ilin yayında bu kluba keçmişdi.

0