"Mingəçevir"in yeni baş məşqçisi açıqlandı

İDMAN
13:36 / 10.07.2025
71

Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib.

HİT.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda PRO kateqoriyalı mütəxəssis Ramiz Məmmədova tapşırılıb.

56 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ramiz Məmmədov bu postda Füzuli Məmmədovu əvəz edib.

0