Vaqif Cavadov daha bir il "Sumqayıt"da baş məşqçi olacaq

İDMAN
16:10 / 10.07.2025
74

"Sumqayıt"ın əvəzedici heyətinin baş məşqçisi bəlli olub.

Bunu Oxu.Az-a açıqlamasında "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev bildirib.

"Ötən mövsüm əsas komandada baş məşqçi kimi işləmiş Vaqif Cavadovla müqaviləyə xitam verilən zaman bildirmişdik ki, o klubda çalışmağa davam edəcək. Cavadov əvəzedicilər komandasındakı futbolçuları tanıdığı üçün yenidən onunla müqavilə imzalanması qərarına gəlindi", - deyə Z.Xudiyev bildirib.

Qeyd edək ki, Vaqif Cavadovla bir illik müqavilə imzalanıb.
 

0