Azərbaycan millisinin üzvü rəsmən "Fənərbağça"da - FOTO

İDMAN
11:58 / 15.07.2025
101

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Peritan Bozdağ Türkiyədə klubunu dəyişib.

HİT.az xəbər verir ki, 26 yaşlı futbolçu "Fənərbağça"ya transfer olunub. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Peritan yeni klubu ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Peritan Bozdağ son olaraq "Fatih Vatan"da çıxış edib.

0