"Qarabağ"ın UEFA Çempionla Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
HİT.az xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiya "Şelburn"unu keçəcəyi təqdirdə, "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyun 5-6 avqustda səfərdə, cavab görüşü 12 avqustda evdə keçiriləcək.
"Qarabağ"ın Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri də müəyyənləşib.
Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiya "Şelburn"una iki oyunun nəticəsində uduzsa, "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlub komandası ilə üz-üzə gələcək. İlk oyun 7 avqustda səfərdə, cavab görüşü 14 avqustda evdə keçiriləcək.