Xarkovun "Metalist 1925" klubunun futbolçusu Aleksey Sidorov Ukraynadan qaçıb.
HİT.az xəbər verir ki, bu barədə məlumat komandanın rəsmi saytında yer alıb.
Klubdan bildirilib ki, Sidorov iyunun 30-da başa çatan müqavilə ilə "Kolos" komandasında icarə əsasında çıxış edib. Bundan əvvəl Xarkov klubunun əsas komandası xaricə təlim-məşq toplanışına getdiyi üçün o, əsas komandaya qoşula bilməyib və gənclərdən ibarət komanda ilə məşqlərə başlayıb.
Bir müddət sonra futbolçu məşqdə iştirak etməyi dayandırıb və bu yaxınlarda futbolçunun klubun xəbəri olmadan Ukrayna ərazisini tərk etdiyi barədə məlumatlar yayılıb.
Eyni zamanda klub futbolçunun sərhədi necə keçdiyi barədə hələ ki, məlumatlara malik olmadığını bildirib. "Metalist 1925" daxili araşdırmaya başlayıb.
Qeyd edək ki, fevralda Lvovun "Karpatı" futbol klubunun baş direktor müavini Oleq Avdış komandanın Türkiyədəki qış təlim-məşq toplanışından sonra Ukraynaya qayıtmayıb. Komanda, məşqçilər və heyət yanvarın 18-dən fevralın 14-dək Türkiyədə təlim-məşq toplanışı keçirib. Klubdan bildirilib ki, Avdışdan başqa bütün işçilər, futbolçular və məşqçilər heyəti Ukraynaya qayıdıb.
Samir