Azərbaycan klubu "Ayaks"ın yetirməsini transfer etdi

İDMAN
15:29 / 02.08.2025
43

Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatıb.

Bu barədə HİT.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Niderlandlı sağ cinah müdafiəçisi Shaquill Sno ilə 1 illik müqavilə imzalanıb.

29 yaşlı oyunçu son olaraq Maltanın “Gzira” klubunda forma geyinib.

"Ayaks"ın yetirməsi "Niderland"da “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv, Rumıniyada “Botosani” və “Mioveni” klublarında da çıxış edib.

0