Transfer çalışmalarını sürətləndirən "Neftçi" heyətini gücləndirmək məqsədilə fəal şəkildə yeni futbolçular axtarışındadır.
Bu barədə Trend-ə "Neftçi"nin mətbuat xidmətində olan mənbə məlumat verib.
"Ağ-qaralar"a təklif olunan futbolçuların sayı çox olsa da, baş məşqçi Samir Abasov yalnız müəyyən oyunçuların komandaya qoşulmasını istəyir.
Onlardan biri "Neftçi"nin danışıqlar apardığı Falaye Sakonun kiçik qardaşı Momo Sakodur.
23 yaşlı müdafiəçi hazırda Portuqaliyanın "Vilaverdense" klubunun futbolçusudur və "Neftçi"nin bazasında olduğu bildirilir. Müqavilənin imzlanıb-imzalanmayacağı yaxın günlərdə dəqiqləşəcək.