"Turan Tovuz" daha bir sabiq "Qarabağ"lını transfer etmək istəyir

İDMAN
14:55 / 12.08.2025
56

"Qarabağ"ın sabiq futbolçusu Ovusu Kvabena yenidən Azərbaycana qayıtmağa yaxındır.

HİT.az "Apasport"a istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçini ölkəmizə qaytarmaq istəyən komandalardan biri də "Turan Tovuz"dur.

Qərb təmsilçisi hazırda azad agent statusunu daşıyan 28 yaşlı futbolçu ilə müqavilə imzalamaq niyyətindədir.

Ovusu karyerasına "Akkra"da başlayıb. O, "Toledo", "Leqanes", "Ovyedo", "Kartaxena", "Salamanka", "Kordoba" (hamısı İspaniya), "Ankaragücü" (Türkiyə), "Ferentsvaroş", "Zalaeqersez" (hər ikisi Macarıstan) klublarında çıxış edib.

Qeyd edək ki, "Turan Tovuz" daha öncə də sabiq "Qarabağ"lı futbolçu İbrahima Vadjini heyətinə qatmışdı.
 

0