Azərbaycan millisinin daha bir futbolçusu Türkiyə klubuna keçdi

İDMAN
13:00 / 15.08.2025
47

Azərbaycan millisinin üzvü Ayşən Əhmədova yenidən Türkiyədə komandasını dəyişib.

Oxu.Az xəbər verir ki, müdafiəçi ötən mövsüm formasını geyindiyi "Ünyespor"dan ayrılıb.

O, "Amedspor"la müqavilə imzalayıb.

Əhmədova Diyarbəkir təmsilçisi ilə 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Peritan Bozdağ "Fənərbağça"ya, seçmə komandamızın digər üzvü Yeliz Acar isə "Beşiktaş"a keçib.

0