Maksim Medvedev millini çalışdırmaqdan niyə imtina edib?

İDMAN
23:12 / 03.09.2025
41

Yay fasiləsində "Qarabağ"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi təyin olunan Maksim Medvedevin Azərbaycan millisinə dönmək ehtimalı olub.

Gənc mütəxəssis AFFA-nın maraq dairəsində olub.

Belə ki, assosiasiya 35 yaşlı Medvedevi aşağı yaş qrupu üzrə millilərimizdən birinə baş məşqçi gətirməyi planlaşdırıb. Lakin "Qarabağ"dakı durumundan məmnun olan sabiq müdafiəçi Ağdam klubunda qalmağı üstün tutub. Ancaq Medvedev gələcəkdə millidə çalışmaq arzusunda olduğunu da etiraf edib.

Qeyd edək ki, Maksim Medvedev 2009-2024-cü illərdə Azərbaycan millisinin heyətində 81 oyun keçirib, dörd qol vurub.//Futbolinfo.az 

0