Tanzaniyada beynəlxalq futbol matçına arı hücumu mane olub.
HİT.az bu barədə "TalkSPORT"a istinadən xəbər verir.
Hadisə "Abuja" komandası ilə JKU futbol klubu arasında mövsümöncəsi klub turniri zamanı baş verib. İkinci hissənin sonunda, hesab 1:1 olan zaman arı sürüsü meydançaya hücuum edib və bu səbəbdən oyun yarımçıq qalıb. Futbolçular dişlənməmək üçün çəmənliyə üzüstə uzanmalı və açıq qalan bədən hissələrini örtməli olublar.
Arılar tezliklə meydanı tərk edib və matç davam etdirilib.
Samir