"Santuş istefa verməsə, özümüz tədbir görəcəyik" - AFFA-nın Baş katibi

İDMAN
10:34 / 06.09.2025
49

Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik.

HİT.az "Report"a istadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib. 

O, İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu (0:5) ilə bağlı danışıb:

"Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik. O, komandanı oyuna hazırlaya bilməyib".

0