Vüqar Bəybalayev evləndi

İDMAN
11:43 / 11.09.2025
88

Azərbaycanlı veteran futbolçu Vüqar Bəybalayev 32 yaşında subaylığın daşını atıb. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sabiq yarımmüdafiəçi Günel adlı xanımla ailə həyatı qurub. 

Toy mərasimi ötən axşam Sumqayıtda "Həyat" şadlıq sarayında olub.

Qeyd edək ki, Vüqar Bəybalayev 2023-cü ildə futbolçu karyerasını başa vurub və o vaxtdan "Səbail"də seleksiyaçı-məşqçi kimi çalışır. 

Futbolçu kimi son olaraq “İrəvan”da çıxış etmiş Vüqar “Bakı”, “Turan Tovuz”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Səbail” kimi klubların formasını geyinib, Gürcüstan “Telavi”sində legioner həyatı yaşayıb.

0