"Qarabağ" Azərbaycan millisinin üzvü ilə yollarını ayırdı

İDMAN
15:10 / 11.09.2025
50

"Qarabağ"da daha bir ayrılıq baş verib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klub Aleksey İsayevlə yollarını ayırıb.

Futbolçu karyerasını elə Azərbaycanda davam etdirəcək. O, sabiq komandası "Sabah"a transfer olunub. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, İsayev 2024-cü ilin sentyabrından "Qarabağ"da çıxış edir. O, 2020-24-cü illərdə "Sabah"ın şərəfini qoruyub.

0