III MDB Oyunları: Azərbaycanın U-16 millisi finala yüksəldi

İDMAN
14:21 / 01.10.2025
38

Azərbaycanın 16 yaşadək futbolçualardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib.

HİT.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Qırğızıstan millisi ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Tunar Bayramov (53), Əli Bəşirov (70, 75) və Roman Fərzəli (79) rəqib qapısından keçiriblər.

U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, futbol yarışına oktyabrın 4-də yekun vurulacaq.

0