Azərbaycan III MDB Oyunlarında daha iki medal qazanıb.
HİT.az xəbəri verir ki, Anastassiya Gnussina bürünc mükafata sahib çıxıb. O, 1500 metr məsafəyə sərbəst üsulla üzmədə üçüncü yeri tutub. Rusiyalı Anastasiia Chernyshova birinci, onun həmyerlisi Valeriia Brazhnichenko ikinci olub.
Üzgüçü Süleyman İsmayılzadə isə birinci yeri tutub. O, 400 metr məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini qabaqlayıb.
Rusiya təmsilçilərindən Aleksandr Filipets gümüş, Boqdan Toropkin bürünc mükafata sahib çıxıb.