Tovuz stadionu komandanın ixtiyarına nə vaxt veriləcək?

İDMAN
17:57 / 07.10.2025
97

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi və təmir-bərpa işləri ilə tanış olub.

Hit.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ot örtüyünün dəyişdirilməsini icra edən “Caspian Sport and Landscape” şirkətinin direktoru Filip Şarplaz klub rəhbərinə proseslə bağlı ətraflı məlumat verib.

Təbii ot örtüyünün oktyabr ayının sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.

0